NVIDIA Tegra 4: sürətli, güclü, qənaətcil

CES 2013 sərgisi qapılarını 8 yanvar tarixində açmasına baxmayaraq, artıq Las Vegasda Convention Center’də tədbirin keçiriləcəyi məkanda çoxlu adam var. Düzdür bunların əksəriyyəti jurnalistlərdi. Çünki çox şirkət əsas məhsullarının təqdimatını məhz tədbirin başlamasından əvvəl keçirir. Belə şirkətlərdən biri də NVIDIA oldu. Bugün rəsmi olaraq yeni mobil prosessor Tegra 4-ü təqdim etdi.

Kristal 1,9 GHrz tezliyə qədər dəstəkləyən ARM Cortex A15 bazasında 4 nüvəyə, quraşdırılmış 72 qrafik nüvəli çip sahibdir. Qeyd etdiyimiz 4 nüvədən əlavə yeni kristalda 5-cü nüvə deyilən əsas da vardır(Tegra 3-də olduğu kimi). Bunun köməyi ilə Tegra 4 enerjidən kifayət qədər qənaətlə istifadə edir. Əsas əməliyyatlarda Tegra 3’ə nəzərən Tegra 4, 45 faiz daha az enerji sərf edir. Bunun sayəsində smartfonlarda HD videoya baxma müddəti 14 saata kimi çata bilər

NVIDIA təmsilçilərinə inansaq o zaman qrafika baxımından Tegra 4 öz 72 GeForce qrafik əsası ilə Tegra 3’dən 6 dəfə daha güclüdür. Tegra 4-ün əsas texniki göstəriciləri aşağıdakı kimidir:

  • 72 nüvəli qrafik çip
  • Dördnüvəli prosessor ARMCortexA15əlavə olaraq ikinci nəsil BatterySaverCore
  • Icerai500 çipsetinin seçimi zamanı LTE dəstəyi
  • UHD 4k genişliyinin dəstəyi

Yeni çip yalnız smartfon və planşetlərdə deyil, həmçinin yeni NVIDIA oyun konsolunda da istifadə olunacaq.

.