Növbəti nəsil “iPhone” smartfonunda “Lightning” konnektoru ləğv ediləcək

Bükük formalı “OLED” ekranla təchiz ediləcək yeni “iPhone” smartfonunda “Lightning” konnektoru ləğv ediləcək. “Apple” şirkəti öz smartfonunu “USB-C” portu ilə təchiz edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mənbənin məlumatına görə, istehsalçılar “iPhone 7” və “iPhone 7 Plus” kimi modellərdə istifadə olunan “Lightning” konnektorundan imtina edəcəklər. Yeni smartfon bir çox başqa qurğular üçün standart olan ikitərəfli 24 kontaktlı “USB-C” konnektoruna malik olacaq.

“iPhone” smartfonunda, həmçinin “Home” düyməsi ləğv ediləcək.

“Apple” şirkətinin rəsmiləri hələ ki dərc edilmiş informasiyaya münasibət bildirməyiblər.

Emil Hüseynov
ictnews.az