Nokianın ilk Windows Tableti

Nokianın yeni məhsullarını təqdim edəcəyi tədbirin 14 mayda olacağı gözlənilir. Nokianın verdiyi açıqlamaya görə tədbirdə CatWalk, Lumia 928, Lumia EOS kimi ağıllı telefonların təqdim ediləcək.

Tədbirdə təqdim etmək istədikləri daha bir məhsul isə Lumia ailəsinin yeni üzvü olan Windows əməliyyat sisteminə sahib bir tablet olacağı gözlənilir. Hələ ki, yazılan xəbərlər və sosial media istifadəçilərinin rəylərinə Nokia tərəfindən rəsmi bir təsdiq gəlməsə də, ötən həftə tablet hazırlanması ilə bağlı məlumat verilmişdi.

Hələ ki, Windows RT, yoxsa Windows 8 əməliyyat sistemli olacağı dəqiq məlum olmasa da, Lumia Tablet haqqında bəzi texniki detallar mətbuata sızdırılıb.

10.1 inç böyüklüyə və 1366×768 əks etdirmə qabiliyyəti olan QHD ekranının GPU-su 1GHz-lik prosessordan təmin ediləcək. Iki nüvəli prosesorun aktiv istifadə ediləcəyi Lumia tabletdə 1GB RAM yaddaş olacağı gözlənilir. Qalınlığı 9.7 mm olacağı gözlənilən tabletlə bağlı yuxarıdakı videonu izləyə bilərsiniz.

Samsung, Apple və Sony kimi rəqibləri ilə rəqabət aparmağa iddialı olan Nokianın ağıllı telefon bazarına qoşulmasından sonra tablet istehsal etməsi heç kəsi təəccübləndirmədi.