NOKİA yenə 1-ci sırada

Nokia  rəqiblərini geridə qoyaraq yenidən 1-ci sıradakı yerini almağı hədəfləyir.

AdDuplex firması Nokia Lumia 920-nin ən məşhur Windows Phone olduğunu qəti şəkildə vurğuladı. 2012-ci ildə bazara çıxan Nokia Lumia 920 Windows Phone əməliiyat sistemi, inkişaf etmiş kamera və kabelsiz adapter xüsusiyyəti ilə ən üst sıralarda iştirak edir və WPCentral.com -da çıxan xəbərdə, AdDuplex online elan şirkətinin məlumatlarına görə, bütün Windows Phone’lar arasında satışına görə ilk sıralarda iştirak edir.
Windows Phone-ların çoxunu istesal etmiş olan Finlandiyalı firmanın, Windows Phone-lar arasında geniş yayıldığı söylənir. Ən yaxşı 10 Windows Phone sıralamasına girən 8 Nokia telefonu var. HTC isə 2-ci sırada iştirak edir.