Nokia 10 düymlu Windows planşetini təqdim edəcək

Finlandiya şirkəti Nokia Windows RТ əməliyyat sistemi bazasında 10-düymlu planşet kompüterinin hazırlanması üzərində işini bərpa etməyi planlayır. Digitimes yazır ki, bu yeni məhsul iPad, Samsung GALAXY Note 10.1 və Google Nexus 10 kimi cihazlarla rəqabət aparacaq. Xəbər resursu bunu bu sahədə olan Tayvan satıcılarına əsasən məlumat verir.

Windows 8 Pro-dan fərqli olaraq, Intel prosessorları bazasında planşetlərə yönəlik olan Windows RT sistemi ARM-in ənənəvi həll yollarına əsaslanır. Nokianın adsız bu planşetinin növbəti ilin fevral ayında Barselonada keçiriləcək MWC sərgisində təqdim ediləcəyi gözlənilir.

Əvvəlcədən də Nokia cihazın buraxılmasını 2013-cü ilin birinci rübünə planlamışdı, ancaq Microsoft şirkətinin öz brendi altında ard-arda bir neçə yeni planşet təqdim etməsi buna mane olmuşdu. Nokia cihazının göstəriciləri hələ də məlum deyil, amma öncədən də məlumat yayılmışdı ki, 10-düymlu bu cihazın yığımmı ilə Qualcomm S4 bazasında Compal Electronics şirkəti məşğul olacaq.