Nokia və RIM yeni patent razılığına gəliblər

Mobil cihaz istehsalçısı Nokia şirkəti Kanadanın mobil sahədə istehsalçısı olan Research In Motion şirkəti ilə patent razılığına gəldikləri haqqında  məlumat vermişdir. Bu razılığa əsasən RIM Nokia şirkətinə böyük həcmdə birdəfəlik ödəniş edəcək və bundan sonra Nokia’nın patentlərindən rahat istifadə edə biləcək.

Müqavilənin dəqiq şərtləri açıqlanmır, amma məlumdur ki, söhbət Nokia şirkətinin patentlərinin RIM şirkəti tərəfindən ABŞ, Böyük Britaniya və Kanada ərazisində istifadə hüquqlarından gedir.

“Biz çox şadıq ki, RIM şirkəti ilə bütün patent məsələlərini həll edib, Nokiaya öz maraqlarını qorumaq imkanı verəcək ortaq bir razılığa gələ bildik”, – Nokia şirkətinin müəllif hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri Pol Melin məlumat verib.

“Bu razılıq bir daha göstərdi ki, Nokia şirkətinin mobil kommunikasiya bazarında uzunmüddətli lisenziyalaşdırma imkanını təmin edəcək, bu sənaye sahəsi üçün çox vacib olan patent portfoliosu var”, – Pol Malin bəyanatında əlavə etmişdir.