Nokia və Zeiss birləşir

Nokia möhtəşəm kameralı smartfonlar üçün Zeiss ilə birləşir

Dözümlü və innovativ smartfonlar istehsal etməklə yanaşı Nokia çox yüksək keyfiyyətə malik kameraları ilə də tanınırdı. N və Lumia seriya Nokia smartfonlarında çox keyfiyyətli kameraları ilə uzun müddət populyar olan şirkət xeyli müddət Zeiss ilə bu sahədə əməkdaşlıq etmişdi. Belə görünür ki, Nokia bu sahədə liderliyini geri qaytarmaq üçün Zeiss şirkəti ilə yenidən birləşir.

Nokianın yeni smartfon üzərində çalışdığı və yaxın gələcəkdə bazarda yenilik edəcəyi gözlənilir. Artıq Android əməliyyat sistemlərindən istifadə etməyə başlayan Nokia smartfonlarını almamaq üçün səbəb qalmayacaq.

Nokia əvvəllər Zeiss markası ilə əməkdaşlıq nəticəsində PureView texnologiyasını və 41 meqapiksellik kamerası ilə müştərilərini sevindirmişdi. Nokia – Zeiss partnyorluğundan yeni sevindirici layihələrin ərsəyə gələcəyinə ümid edirik.