Nokia Lumia 920 – Azərbaycanda

Bu günlərdə yekunlaşan 2012 Bakutel sərgisində Microsoft şirkəti tərəfindən Mobile Windows 8 platforması üzərində çalışan Nokianın yeni flaqmanı Lumia 920 və Lumia 820 sərgi iştirakçılarına təqdim olunmuşdur. Sözü gedən modellər artıq oktyabr ayının son günlərindən etibarən Kanada, noyabr ayının əvvəlindən Amerika və Avropa bazarında satışa buraxılmaqdadır. Nokia şirkətinin yeni flaqmanı Lumia 920 Amerika və Kanadada $600, Avropada isə orta hesabla €600-ya satılmaqdadır. Sərgi əsnasında verilən məlumata əsasən Nokianın yeni model cərgəsi Azərbaycan bazarında dekabr ayından etibarən satışa çıxarılacaq. Avropa və Amerika bazarında Nokia Lumia 920-nin satış qiymətini nəzərə alsaq Azərbaycanda sözü gedən model təxminən 600 AZN olaraq qiymətləndirilməsi gözlənilir.

Yekun olaraq qeyd etmək istəyirik ki, Nokia Lumia 920 modeli bütün texniki göstəricilərinə görə heç də Samsung və Apple şirkətlərinin mobil telefon flaqmanlarından geri qalmır. Lakin Mobile Windows 8 bazarında tətbiqetmələrin (application), təxminən 120000 app, Android və Apple iOS (hər birində 1000000-a yaxın) sistemlərinə nəzərən nisbətən az olması bəzi tətbiqetmə yönümlü müştəri kütləsini təyin ediləcək qiymətindən asılı olaraq özündən uzaqlaşdıra vəya yaxınlaşdıra bilər.