Nokia iMessage-in bənzərini yaratdı

Nokia şirkəti iMessage messencerinin analoqunu istifadəyə verib
Nokia şirkəti Lumia seriyasından olan smartfonlar üçün Nokia Chat messencerini istifadəyə verib.

 

Sözügedən xidmət sayəsində Nokia istehsalı olan cihazların auditoriyası bir-biri ilə rahat ünsiyyət saxlaya biləcəklər.

ICTnews  bildirir ki, Nokia Chat messenceri vasitəsilə siz Nokia qurğularından istifadə edən dostlarınızla ünsiyyət saxlaya biləcəksiniz. Xidmət bütün platformaları dəstəkləyir – Finlandiya şirkətindən bildirilib. Messencerin Windows Phone platforması ilə işləyən Lumia smartfonları, Asha seriyasından aparatlar və S40 platforması ilə işləyən digər telefonlar, həmçinin Symbian mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün versiyaları mövcuddur.

Nokia Chat müasir kommunikasiya tətbiqi üçün zəruri funksiyalara malikdir.