Nokia Asha 311 – ilkin baxış

Bir neçə gün öncə Nokia yeni telefon modellərini Asha 305 və Asha 311 modellərinin təqdimatını etdi. Bu telefon da Nokianın digər modelləri kimi Series 40 əməliyat sisteminə sahibdir.

Nokia Asha 311 1Ghz prosessor, 3 inç displey və onu qoruyan “Gorilla” şüşəsinə sahibdir. İnternet üçün 3G və WiFi əlaqə imkan seçənəkləri var. Hamısından vacib, Nokia Maps tətbiqetməsinə sahibdir, hansı ki internetsiz işləyir. Asha 311 istifadəçiləri 40 lakh musiqisini ilk 3 ay müddətində endirə, paylaşa və istifadə edə bilərlər. Bundan sonrakı müddətdə isə çox ucuz qiymətlərlə musiqi almaq mümkün olacaq. Eyni zamanda EA şirkəti 40 pulsuz oyun endirmə imkanı verir. Asha 311 təxminən 100 AZN civarında qiymətlə bazara çıxarılacaq. Bu da öz növbəsində rəqib Android bazarında inamla çıxış etmə imkanı verəcək.

Telefonu bir sıra cəhətlərinə görə analiz etdik və nəticələrimiz aşağıdakı kimi görünür. Məqalənin sonundakı cədvəldə telefonun ümumi dəyərləndirilməsinə baxa bilərsiniz.

Dizayn

Telefon metal üst qata sahib olmaqla bərabər kifayət qədər yüngüldür və cəmi 98 qram çəkidə qərarlaşıb. Sadəcə ekranın aşağısında iki funksional düyməyə sahibdir. Səs kontrol və kilid düymələri isə telefonun sağ kənarında yerləşdirilib. Asha 311 boz, gümüşü, mavi və çəhrayı rənglərdə mövcuddur. Telefon digər Android cihazlarından kifayət qədər balaca olub, 3 inç ekranla kifayət qədər kompakt görünüş verir. Cibdə ağırlıq yaratmır. Seçənəklər arasındakı rəng kombinasiyaları isə dizayn baxımından ən təqdirə layiq cəhətlərdən biridir.

İnterfeys

Series 40 Nokia tərəfindən istehsal olunmuş əməliyat sistemidir. Asha 311 telefonunun da istifadə etdiyi bu əməliyat sistemi xüsusi (media və multimedia) texnologiyalar üçün nəzərdə tutulsa da birdən çox əməliyatın eyni zamanda həyata keçirilməsinə (multitasking) imkan vermir. Bu da telefonun mənfi cəhəti hesab oluna bilər.

İnterfeys dəyişdirilə və istəyə görə formalaşdırıla bilər. İlkin görünüşdə tətbiqetmələr və digər proqramlar yer alır və onları idarə etmək çox asandır. Əsas səhifə aşağı və yuxarı sürüşdürülə bilər. Sağa və sola sürüşdürmə isə interfeysin dəyişdirilməsinə və istəyə görə tətbiqetmələrin (application) yerləşdirilməsinə imkan yaradır.

Kifayət qədər tətbiqetmə seçənəyinə malik olan əməliyat sistemi əlavə olaraq hansı əməliyatı həyata keçirməyindən asılı olmayaraq istifadəçinin asanlıqla mesajlar, zənglər, internet və WiFi seçənəklərini idarə etmə imkanı verir. Bu da istifadəni qismən asanlaşdırır.

Asha 311 istifadəçiləri hər hansı bir proqram yaxud tətbiqetməni endirərkən internet əlaqəsi kəsilərsə yükləmə tamamilə kəsilmir. Bir daha qoşulduğunuz zaman siz yükləməyə qaldığınız yerdən davam edə bilərsiniz. Qismən işləri asanlaşdıran bu özəllik heç də Nokianın bu əməliyat sistemini Android telefonları üzərində qalib etmir. Birdən artıq tətbiqetmənin eyni anda istifadə etməyin imkansızlığı və bir sıra digər tətbiqetmə çatışmazlığı telefonun mənfi cəhətlərindəndir.

Məzmun

Öncədən də deyildiyi kimi, pulsuz musiqi, video kliplər və oyunların təqdim edilməsi Nokia Asha 311 telefonunun ən üstün cəhətlərindən biridir. Eyni zamanda telefonda yüklənmiş internet brauzeri bazardakı digər internet brauzerlərindən 85% daha sürətlidir.

Performans

1Ghz prosessora malik olan telefon rəqiblərindən kifayət qədər sürətli və effektiv işləyir. Bu prosessor Series 40 əməliyat sistemi ilə uyumlu şəkildə çalışması üçün nəzərdə tutulub və sürətin artmasında rol tutmalıdır. Əslində telefonun digər rəqiblərinə nisbətlə nə qədər sürətli olduğunu isə telefon satışa çıxarıldıqdan sonra görə biləcəyik.

Kamera

Asha 311 rəqibləri arasında ən güclü – 3.2 meqapiksel kameraya sahib olacaq. Nə qədər keyfiyətli şəkil və video qabiliyətinə malik olduğunu isə sınaqdan çıxdıqdan sonra öyrənəcəyik.

Ekran və görüntü

Nokia Asha 311 3 inçlik sensorlu displeye malikdir. Cəmi 240×400 kəskinləyə malik görüntü isə heç də ürək açan olmasa da Samsung Galaxy Y modeli ilə rəqabətdə uduzmur. Sensorlu ekran reaktivdir və güclü prosessor – əməliyat sistemi kombinasiyası sayəsində sürətlidir. Görüntü və displey dizayn olaraq kifayət qədər cazibədardır. Displeyi qoruyan “Gorilla” şüşəsi isə bazarda yeganədir.

Əsas rəqiblər

Samsung Galaxy Y, LG Optimus Me, Karbonn A7