Nokia Asha 210 təqdim olundu

Nokia Asha 210 təqdim olundu
Nokia öz istifadəçilərinin sosial fəaliyyətlərdə daha aktiv iştirak etmələri üçün çox sərfəli qiymətə Asha ailəsinin sonuncu nümayəndəsini təqdim etdi.
Bir və ya iki Sim kartlı növləri ilə təqdim olunan Nokia Asha 210 digər telefon növləri içərisindən öz tərtibatı və ağıllı görüntüləmə kimi xüsusiyyətləri ilə fərqlənir. Tək Sim kartla 46 gün, cüt sim kartla isə 24 günə qədər davam gətirə biləcək bir batareyaya sahibdir. Olduqca sərfəli qiymətə yüksək keyfiyyətlə internetin dadını çıxartmağı təmin edən Wi-Fi funksiyasına malik bu cihazda xüsusi bir Facebook düyməsi də var.
Sosial həyatınız barmaqlarınızın ucunda
Sürətli distant mesajlaşmanı təmin etmək üçün Nokia Asha 219-nun QWERTY klaviaturasına həm də xüsusi Facebook düyməsi də əlavə olunmuşdur. Ailə və dostlarınızla asanlıqla ünsiyyət qurmağınızı təmin etmək üçün hazırlanmış Nokia Asha 210-da ən çox istifadə olunan Gmail kimi elektron məktub, bununla yanaşı Facebook və Twitter kimi sosial şəbəkələrdən asanlıqla istifadə etmək imkanı yaradır.
Ən gözəl görüntüləri sən şək və paylaş
Nokia Asha 210 2 MP kameraya malikdir ki, telefonunuz kiliddə olsa belə xüsusi bir düymə ilə şəkil çəkə bilərsiniz. Ağıllı kamera vasitəsilə yüzlərlə şəkil çəkə, düzəlişlər edə, həmçinin paylaşa bilərsiniz.
Avtoportret vasitəsilə ön kamerası olmasa belə mükəmməl şəkildə mərkəzləşmiş avtoportretlər çəkmək mümükündür. Daxili səs və şəkli çəkməkdən əvvəl lazım olan pbyektin çərçivələrin içərisində göstərilməsi çəkdiyiniz şəklin daha peşəkar alınmasını təmin edir. Asanlıqla çəkdiyiniz şəkillərdə elə çəkdiyiniz anda dəyişikliklər edə və onları sürətli bir şəkildə sosial şəbəkələrdə paylaşa bilərsiniz.
İstifadəçilər Nokia Asha 210-da olan və Nokianın innovativ Slam funksiyası ilə şəkil və başqa məlumatları paylaşa bilərlər. Bu funksiya sayəsində şəkil və videoları başqa telefonda Bluetooth olmasa belə göndərmək mümkündür.
Yeni məhsul Nokianın bulud texnologiyasından isifadə edərək məlumat istehlakının 90 %-ə qədər azaldır və Nokia Xpress Browser-in bütün üstünlüklərindən faydalanır. Nokia Asha 210 istifadəçilərin yaxınlıqdakı restoran, ticarət mərkəzləri, o cümlədən ATM-i asanlıqla tapmaq üçün Nokia Nearby kimi funksiyaya malikdir.
Onu da qeyd edək ki, Nokia Asha 210 sarı, firuzəyi, qara, bənövşəyi və ağ rənglərdə təqdim olunacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *