Nokia Asha 206 – parlaq həyat sürənlər üçün

Finlandiya şirkəti Nokia özündə klassik dizaynı və yeni texnologiyanı birləşdirən yeni mobil telefonunu təqdim edib. Nokia Asha 206 – parlaq həyat sürənlər üçün.

Nokia Asha 206 öz parlaq çalarları ilə, 2 SIM-kart dəstəyi və çox ucuz qiyməti ilə diqqəti cəlb edir. Cihaz klassik klaviatura, 2,4-düymlü QCGA displey, əlavə microSD yaddaş kartı üçün yuva, simsim SLAM Bluetooth texnologiya dəstəyi, arxa panelində 1,3 meqapikselli kameraya və 2G qoşulmaya sahibdir. Bonus kimi EA şirkətindən 40 pulsuz oyun təqdim edilir.

Asha 206 satışa dördüncü rübdə daxil olacaq və 60 dollara satılacaq. İlk olaraq bu məhsuldan Hindistan, Nigeriya və İndoneziya istifadəçiləri yararlanacaq.