NOD Magazine “Bakutel 2015” sərgisinin rəsmi internet tərəfdaşıdır

Bu il sayca 21-ci dəfə keçiriləcək Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi 2-5 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində qapılarını ziyarətçilərin üzünə açacaq. Sərgidə müxtəlif şirkətlər aşağıdakı kateqoriyalar üzrə çıxış edirlər:

  • Telekommunikasiya və şəbəkələr
  • Cihaz və aksessuarlar
  • Rəqəmsal biznes həllər
  • ECM və giriş-çıxış həlləri
  • ERP və məlumatların analizi
  • İT infrastrukturu və məlumat mərkəzləri
  • İT xidmətlər
  • Tədqiqat və innovasiya
  • Təhlükəsizlik
  • Web və mobil rabitə

Sərgi iştirakçıları arasında tanınmış yerli və beynəlxalq şirkətlər var. 4 gün davam edəcək sərginin iş saatları belədir:

2 dekabr 12:00 – 18:00
3 dekabr 10:00 – 18:00
4 dekabr 10:00 – 18:00
5 dekabr 10:00 – 16:00

“Bakutel 2015” sərgisinin rəsmi internet tərəfdaşı NOD Magazine-dir.

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *