NİKON COOLPİX S800c

Nikon fotokamera mükəmməlliyi və Android əməliyyat sistemi artıq bir arada. 

Yeni Nikon CoolPix S800c – ni sizə təqdim etmək istəyirik.  Rəqəmsal fotokamera bazarının ən öncül liderlərindən olan Nikon yeni innovasiyaları öz model sirasına inteqrasiya etmənin ilk addımlarını atmaqdadır. Sözü gedən CoolPix S800c modeli 16 MP CMOS Sensor, 10X Zoom, 3.5” OLED Touchscreen Monitor və Full HD VİDEO (1080p with Stereo Sound) kimi qabaqcıl texniki göstəricilərinə əlavə olaraq Naviqasiya (GPS), Wi-Fi, Bluetooth və Android 2.3.3 əməliyyat sistemi  misal göstərə bilərik.

Android Gingerbread (2.3.3) sistemi istifadəçiyə bütün smartphone özəlliklərindən istifadə etməyə imkan yaradır.  Bu özəlliklərə misal olaraq Wi-Fi üzərindən çəkdiyiniz şəkilləri Facebook, Twitter, Google+  kimi sosial şəbəkələrdə anında paylaşmaq imkanı, həmçinin GooglePlay android bazarından minlərlə tətbiqetmələri (applications) yükləmə imkanı və web brauzer üzərindən internetdən istifadə imkanlarını sıralaya bilərik.

 

 

Qeyd etmək lazımdır ki, sıraladığımız özəlliklər Nikon CoolPix S800c modelinin yalnız bir neçə xusisiyyətini əhatə edir, model haqda tam məlumatı Nikon şirkətinin rəsmi saytından əldə edə bilərsiniz.