NETTY 2013-ün nominantları bəlli olub

NETTY 2013 Azərbaycan Milli İnternet Mükafatının virtual münsiflər heyəti və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı saytların ümumi sayından 50-dən çox internet-resurs seçilib və onlar mükafatın nominantları adına layiq görülüblər.

 

Nominantların yekun siyahısı ilə www.netty.az saytında tanış olmaq mümkündür.

 

Artıq mükafatın Akademiyası səsverməyə başlayır. Akademiyanın üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə bir qalibi müəyyən edəcəklər. Həmçinin Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə” və “İlin İT-hadisəsi” fəxri nominasiyalarda qaliblər elan olunacaq. Qaliblər iyunun 18-də keçiriləcək rəsmi mükafatandırma mərasimində açıqlanacaq. Nominasiyaya layiq görülən bütün saytların nümayəndələri mərasimə dəvət ediliblər.

 

Həmçinin “Sosial şəbəkə seçimi”və “Mobil avadanlıqlar üçün ilin proqramı” müsabiqədən kənar nominasiyalar üzrə qaliblərin mükafatlandırılması baş tutacaq.

 

Qeyd edək ki, müsabiqə Rabitə və İnformasiya Texnologiyaları, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilir.

mənbə : http://www.mincom.gov.az