Nəhayət maraqla gözlənilən iPhone 6

Texnologiya sevərlərin dörd gözlə gözlədiyi  iPhone 6 yeni xüsusiyyətləri ilə diqqət çəkir.

Bu il bazara çıxacağı ehtimal olunan texnologiya möcüzəsinin bəzi xüsusiyyətləri ilə tanış olun:

  1. Yeni kamera: Keçmişdə Apple-a kamera sensorları təmin etdiyi bilinən Sony, 2013-cü ildə də çox kiçik bir sahəyə sığan 13 meqapiksellik bir sensor ortaya çıxaracaq. Bu sensorun yüksək bir  işıq performansı təqdim etməsi gözlənilir.
  2. 4G’nin inkişafı: Gələcək iPhone yalnız 1800 MHz 4G bantını deyil, daha çox 4G şəbəkəsini dəstəkləməsi gözlənilir.
  3. Wi-Fi 802.11ac: iPhone 5-in Wi-Fi əlaqəsi, əvvəlki iPhone’lara görə daha sürətlidir.
  4. NFC: Çox yaxın məsafələrdən məlumat köçürülməsinə icazə verən NFC, Apple-a görə iOS-dakı Passbook-un eynisidir, çünki Passbook-un digər cihazlarla ünsiyyətə keçməsi üçün bir QR kodu yoxlamaq lazımdır. NFC, ödəmə xaricində bluetooth qurğuları uyğunlaşdırma, sürətli fayl transferi və fərqli bir çox sahədə istifadə edilə bilər. Bu səbəbdən NFC’nin bir sonrakı iPhonedə iştirak etmə ehtimalı var.
  5. Yığma qabiliyyətinin inkişaf etdirilməsi: iPhone 5 təqdimatında 128GB-lık bir iPhone ilə tanış olmağa ümid edənlər, məyus oldular. Ancaq saysız tətbiq, HD video və musiqi kitabxananızı yerləşdirə biləcəyiniz  128GB-lıq bir variantın təqdim ediləcəyi gözlənilir. Yaxşı xəbər isə İntel və Micron’un dırnaq ucu böyüklüyündəki tək bir çipə 128GB-ı sığdıran yeni texnologiyalarını gerçəkləşdirmiş olmalarıdır.
  6. Siri-yə təxmin qabiliyyəti: Siri-nin səsli əmr yerinə yetirən bir assistent olması ilə bərabər, ehtiyaclarınızı siz onları düşünmədən təxmin edə bilməsi lazımdır. Googlenin Google Now ilə etdiyi kimi.