Nağıl danışan pijama

Şübhəsiz ki, hər uşaq yatmamışdan əvvəl nağıl dinləmək stəyir. Nağıl danışmağın uşaqların inkişafında böyük rolu vardır. Artıq  günlük iş heyatında kifayət qədər yorulan valideynlər övladlarına nağıl oxumaq yerinə əllərinə kompüter verib düşünürlər ki, yaxşılıq edirlər.

İndi bu vəziyyəti əsas tutaraq Amerikanın İdaho ştatında bir şirkət köhnə ənənəyə yeni bir görkəm qatdı. Smart PJs uşaqlar üçün qeyri-adi bir pijama dizayn edib, pijama rəngli xallı parçadandılr, bu isə adi bir gecə geyimi deyil. Bu xallar əslində QR özəlliyinə sahibdir. və həmin bu noqtələri ağıllı telefonunuza oxutduğunuzda  ekranınızda şəkillər və sözlərlə nəql edilən nağıl görünür.

Pijamaların dəyəri 25 dollardır və 1-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub.