Music Gallery ən böyük mağazasını açdı!

Elektronika məhsulları və məişət texnologiyası üzrə ixtisaslaşmış Music Gallery (MG) öz fəaliyyətinə hələ 1993-cü ildə Bakıda başlamışdı. Şirkət kifayət qədər keyfiyyətli mağazaları və məhsulları ilə müştərilərə xidmət etməyə davam edir.

1 və 2 dekabr tarixlərində böyük kampaniya ilə MG yeni mağazasını “28 Mall” ticarət mərkəzində açıq elan etdi. Açılış günlərində bir sıra endirimlərlə müştəriləri sevindirən şirkət ticarət mərkəzində şəbəkənin ən böyük mağazasını açdığını elan edir.

Mağazada bir sıra elektronikanı və məişət texnologiyasını sərfəli qiymətlərlə əldə etmək mümkündür. Belə ki, 42 inç LG markalı LCD televizorları 477 manatdan, Gorenje markalı mikrodalğalı soba 55 manatdan, Ariston WMSD723B paltaryuyan maşını 444 manatdan, 15,6 inç Asus noutbukları 295 manatdan başlayan qiymətlərlə.

Azərbaycanda belə keyfiyyətli mağazaların çoxalması və müştərilərin bu sahəyə marağı texnologiya sahəsinin inkişafına xidmət edir.