MSN Xidməti Dayandırılır

Microsoft-un əvvəlki adıyla MSN Messenger, yeni adıyla Windows Live Messenger olan sürətli mesajlaşma proqramının sonu yaxınlaşır. Bundan sonra Microsoft MSN istifadəçilərini Skype-a yönləndirəcək.

Bu haqda uzun müddətdir danışılsa da, bu yaxınlarda Microsoftun Skype bloqunda rəsmi açıqlama verildi. Tony Bates tərəfindən verilən açıqlamaya görə 2013-cü ilin ilk rübündə Windows Live Messenger bağlanacaq. Sadəcə Windows Live Messenger Çində istifadə olunacaq.

Microsoft şirkəti istifadəçiləri bu dəyişikliyə uyğunlaşdırmaq üçün Hotmail hesabıyla Skype-da qeydiyyatdan keçməyə imkan verən Skype 6.0 variantını təqdim etdi.

Facebook Chat-ın açılmasından və  Whats App kimi mobil proqramların məşhurlaşmasından sonra Windows Live Messenger istifadəçilərinin sayı xeyli azaldı. Windows Live Messenger MSN Messenger-dən daha qarışıq olsa da bağlanması bir çox istifadəçini narahat edəcək. Eyni zamanda Skype-a keçid o qədər də asan olmayacaq.