MSN-ə vida

Microsoftun 13 illik keçmişi olan Windows Live Messenger-in nə vaxt bağlanacağı məlum oldu. Windows Live Messenger-dən verilən məlumata görə 2013-cü il aprel ayının 8-dən etibarən Windows Live Messenger bağlanacaq və 300 milyon istifadəçi yenə öz hotmail hesablarından Skype 6.0 ilə profil aça biləcək. İstifadəçilər sadəcə “@outlook.com” üzərindən hesab ala biləcəklər. Skype öz sürətinə və fərqli xüsusiyyətlərinə görə rəqiblərini geridə qoya biləcək bir proqram kimi bilinir. Dünyada milyonlarla istifadəçisi olan Skype Microsoft tərəfindən 2011-ci ilin mayında 8.5 milyard satın alınmışdır.