Mozilla Firefox Smartfonları

Mozilla developerler üçün 2 yeni smartfon təqdim edib. Hər iki telefon Firefox əməliyyat sistemi ilə işləyir. Keon и Peak cihazlarının hazırlanması ilə ispaniyanın GeeksPhone və Telefonica şirkətləri məşğul olub.

Peak

Keon (yuxarıdakı şəkildə təsvir edilib) “yüngül və universal, eyni zamanda güclü smartfon” kimi təqdim edilib. Cihaz 3,5-düymlu sensor ekranla və 3 meqapikselli kamera ilə təchiz edilib. Bundan başqa MicroSD yuvası, MicroUSB yeri var, Wi-Fi, GPS və digər funksionallıqları dəstəkləyir. Smartfonun ürəyi 1 GHrz tezlikli Qualcomm Snapdragon S1 prosessorudur, qidalanması üçün isə 1580 mAh batareyaya sahibdir.

Peak (şəkili aşağıda) daha güclüdür. 4,3-düymlu qHD IPS displey, 8 meqapikselli yan kamera və 2 meqapikselli ön kameraya sahibdir. 4Gb yaddaş, MicroSD yuvası, MicroUSB, Wi-Fi, GPS, 1,2 GHrz tezlikli Qualcomm Snapdragon S4 prosessoru, və 1800 mAh batareyanı da qeyd etmək lazımdır.

 

Mozilla’nın sözlərinə görə Kean və Peak cihazları GeeksPhone vasitəçiliyi ilə fevral ayından satışa buraxılacaq. Qiymətlərlə bağlı hələ ki heç bir məlumat verilmir.