Motorola 360 dərəcə foto kamera

Motoroladan 360 dərəcə kameralı mod

Motorola şirkəti yeni Moto Mod cihazında 360 dərəcəli çəkiliş imkanına malik foto kamera yerləşdirib. Bu barədə məlumatlar internetdə yayılıb və rəsmi olaraq bu barədə heç bir təsdiq yoxdur. İnternet mənbələrində deyilir ki, bu yeni Moto Mod artıq Qanada satışa çıxarılıb və yaxın zamanda dünyanın digər yerlərində də satışa çıxarılacağı gözlənilir.

Yeni mod bir öncəki modellərdən fərqli olaraq sırf 360 dərəcə çəkiliş həvəskarlarını hədəf seçir. Yeni mod cihazının Moto Z smartfonu istifadəçiləri tərəfindən maraqla qarşılanacağı gözlənilir. Yeni Moto Mod cihazının qiyməti barədə hələki heç bir məlumat yoxdur.

Moto Mod cihazları Moto Z smartfonların üçün xüsusi istehsal olunmuş əlavə aksesuar – cihazlardır. Smartfonda olmayan bəzi xüsusiyyətlər bu çexola (cild) bənzəyən cihazlara əlavə olunur ki, Moto Z istifadəçiləri smartfonu dəyişmədən bu imkanlardan faydalana bilsinlər. Öncəki Moto Mod cihazlarında oyun həvəskarları, şarj problemi yaşayanlar, “Insta-Share projector” sayəsində mini-sinema həyəcanı yaşamaq istəyənlər hədəf seçilmişdi.