Motorola loqotipini dəyişdi

Mobil telefonlar istehsalçısı Motorola Mobility şirkəti loqotipini dəyişib. Belə ki, yeni nişan Motorola-nın Google şirkətinə məxsus olmasını əks etdirir.

 

Motorola loqotipdə qırımızı dairədən və əvvəllər şirkətin adının yazıldığı kursiv şriftdən istifadə etməkdən imtina edərək yeni nişan tırtib edib. Bu nişanda düz çevrədən istifadə edilir, şirkətin adı aşağı registrdə yığılıb və “a Google company” (Google şirkətinə məxsusdur) yazısı yer alıb.

 

Loqotipdə M hərfi xarakterik konturlarla saxlanılıb, lakin indi o müxtəlif rəngli çevrələrin daxilinə yerləşdirilib.

 

Qeyd edək ki, Motorola son dəfə loqotipini 2011-ci ildə Motorola Solutions şirkətindən ayrıldıqdan sonra dəyişib. O vaxt şirkət ağ-qara nişanı rənglisi ilə əvəzləyib.

 

Məlumat üçün, Google şirkətinin 2012-ci ildə Motorola-nı 12,5 milyard dollara satın aldığını bildirək.