Mobil Tətbiqetmələr Etibarlıdırmı?

Rəqəmsal təhlükəsizlik şirkəti viaForensics, istifadəçiləri mobil tətbiqetmələr mövzusunda xəbərdar etdi.

Aparılan araşdırmaya görə 100 məşhur Android və iOS tətbiqetməsindən 76%-nin istifadəçi adlarını, 10%-nin də istifadəçi şifrələrini qeyd etdiyi ortaya çıxdı. Linkedin, Skype və Hushmail xidmətlərinin o 10%-in içində olduğu da ifadə edilir. Bir digər 10%-in isə həm istifadəçi adlarını, həm də şifrələri yaddaşda saxladığı öyrənildi. Bu tətbiqetmələrdən yalnız istifadəçi adını ya da həm istifadəçi adını həm şifrəni yaddaşda saxlayanlar, yəni qısaca məlumat saxlayan bütün tətbiqetmələr istifadəçi təhlükəsizliyini sual altında qoyur.

Bir tətbiqetməin yalnız istifadəçi adı ya da şifrəni saxlaması əslində cihaz sahibinin şəxsi məlumatlarının 50%-nin ələ keçirilməsi hesab olunur. Yəni məlumat saxlamanın heç bir təhlükəsiz tərəfi yoxdur. Tətbiqetmələrin sadəcə 10%-i sizing şəxsi məlumatlarınızı saxlamır. Bu isə xakerlərin işini xeyli asanlaşdırır. Hər hansı tətbiqetməni ələ keçirən xaker minlərlə insanın şəxsi məlumatlarını da ələ keçirmiş olur.

Analiz və testlər nəticəsində müəyyən edildi ki, ən etibarsız tətbiqetmələr sosial şəbəkələr kateqoriyasının proqramlarıdır. Hətta, Amazon.com, Best Buy, Facebook və Twitter kimi çox məşhur tətbiqetmələr belə bəzi məlumatları təhlükəli formada saxlayır.

Bu təhlükədən tamamilə xilas yolu olmasa da, mütəxəssislərin ən yaxşı tövsiyyəsi çoxşifrəli internet təcrübəsidir. Belə ki, eyni şifrəni müxtəlif tətbiqetmələrdə istifadə etməkdən qaçınmaq və mümkün olduğu qədər qarışıq işarələrdən ibarət şifrələrdən istifadə etmək sizin məlumatlarınızı “oğurlamaq” istəyənlərin işini çətinləşdirəcək.