Mixcraft – Sənin Səs Yazma Studiyan

Bu yaxınlarda dostlarımdan biri asan istifadə edə biləcəyi səs yazma proqramı istədi və səbəbini soruşanda bildirdi ki, yeni musiqi qrupu yaradıblar və məşq elədikləri qarajda öz treklərini yazmaq istəyirlər. İlk öncə evdə istifadə üçün nəzərdə tutulmuş kompüterlə asanlıqla istifadə edə biləcəyi bir proqramın mövcudluğuna şübhə ilə yanaşdım, amma kiçik bir araşdırmadan sonra Mixcraftı kəşf etdim.

Mixcraft  səs yazmaqda ilkin addımlarını atanlar və professionallar üçün çox asanlıqla istifadə oluna bilən  və xoş interfeysli studiya proqramıdır. Mixcraft eyni vaxtda bir neçə səsin yazılması, mahnı remixlərin hazırlanması, 11 virtual musiqi instrumentindən istifadə imkanına malikdir. Proqram vasitəsi ilə onlarla musiqi stilləri üçün müxtəlif səs effektləri vermək olar, belə ki proqram gitara, pianino, orqan, sintezator, bass, orkestr və digər instrument nümunələri ilə zəngin kitabxanaya sahibdir.

Mixcraft sadəcə səs yazmada deyil həmçinin video montajında da çox asanlıqla istifadə oluna bilər. Müxtəlif video effektlərin verilməsi, musiqi və ya hər hansı bir yazının əlavə olunması, şəkillərdən slayd şou hazırlanmasında Mixcraftdan asanlıqla istifadə etmək olar. Həmçinin Mixcraft ilə hazırladığınız proyektləri CD, DVDyə köçürə və ya sadəcə bir kliklə YouTube-da yerləşdirə bilərsiniz.

www.acoustica.com

  • dj turan

    dj turan