Minecraft filminin vizyon tarixi bilindi

Son illərdə oyun həvəskarları arasında məşhurluq qazanan və çox oynanılan oyunların film olaraq ssenari əsasında lentə alınması artıq dəb halını alıb. Xəbər verdiyimiz kimi, ötən günlədə “Ən uğurlu oyun filmi” olaraq seçilən Warcraft da buna ən yaxşı nümunədir.

Oyun dünyasının ən çox sevilən əfsanə oyunlarından biri olan Minecraft da film olaraq sinema və kino mərkəzlərində ekranlara daşınacağı tarixi bu günlərdə rəsmi olaraq açıqlayıb.

Belə ki, Minecraft-ın filmini izləmək üçün 2019-cu ilin may ayını gözləməliyik. 3D və IMAX olaraq yayımlanacaq film daha dəqiq desən 24 may, 2019-cu ildə ekranlara gələcək.