Microsoftdan daha bir yenilik

Microsoftun oyun dünyasına təqdim etdiyi yeni layihələr son dövrlərdə oyun sevərlərin diqqət mərkəzindədir. Buna görə də Microsoft yeni layihələrə başlamaq niyyətindədir. Xbox-un sahibi və yeni nəsil Xboxu qısa müddətdə təqdem etməyi planlaşdıran Microsoft yeni bir oyun avadanlığı ilə istifadəçiləri təəccüblənirdi.

Ötən ay prototip olraq texnologiya dünyasına təqdim edilən İllumiRoom hərkəsi heyran etmək niyyətindədir. Microsoftun dizayn etdiyi bu cihaz Xbox oyun konsoluna qoşula bilən projektora bənzəyir.

Televizora da qoşula bilməsi cihazın müsbət keyfiyyətlərindəndir. Televizorun ekranında oyunun bütün detallarının yerləşdirilə bilməsi ilə yanaşı, arxadan əks olunan bu yeni cihaz sayəsində televizorun ətrafında böyük bir ekran yaranır. Özünüzü oyunun içində hiss etdirəcək ekran keyfiyyətlərinə sahib olan İllumiRoom virtual gerçəkliyi real həyatla birləşdirir.

Sistemin iş prinsipini, xüsusiyyətlərini, istifadəsini və firmanın bu layihə ilə bağlı iş prinsipini öyrənmək üçün Microsoft Research komandasının hazırladığı videonu izləyə bilərsiniz.