MICROSOFT WORD YARANMA TARİXİ

Microsoft Word (əksər hallarda əməliyyat sistemini MS Word və ya sadəcə olaraq Word adlandırırlar) mətn redaktorudur və sadə formalı cədvəl-matritsa alqoritminin lokal tətbiqindən istifadə etməklə mətn sənədlərinin redaktə edilməsini və yaradılmış mətnə baxışın keçirilməsini həyata keçirir. Mətn redaktoru Microsoft Office paketinin tərkibində Microsoft şirkəti tərəfindən istehsal olunur. Redaktorun ilk versiyası 1983-cü ildə IBM PC kompüterləri üçün Riçard Brodi (Richard Brodie) tərəfindən (DOS – da istifadə edilməkdən ötrü) yazılmışdır. Sonrakı illərdə Apple Macintosh (1984-cü il), SCO UNIX və Microsoft Windows (1989-cu il) əməliyyat sistemləri üçün versiyalar istehsal edilir.

Texniki ədəbiyyatların əksərinyyətində Microsoft Word əməliyyat sisteminin yaradıcıları sistemin yaradılmasına təkan verən və əsas rol oynayan Bravo original qrafik interfeysli mətn prosessoruna öz minnətdarlıqlarını daima bildirirlər. Bravo mətn prosessoru “Xerox PARC” tədqiqat mərkəzində yaradılmışdır. Bravo mətn prosessorunun yaradıcısı Çarlz Simoni (Charles Simonyi) PARC firmasini məlum olmayan səbəbdən 1981-ci ildə tərk edir. Həmin ilin yayında Simoni Bravo əməliyyat sistemi üzərində tədqiqatlarını davam etdirən Brodi ilə əməliyyat sisteminin üzərində birgə tədqiqat aparmaq üçün razılığa gəlir. 1983-cü ilin axırlarında MS DOS üçün Word əməliyyat sisteminin ilk buraxılışı baş tutur. Əməliyyat sistemi satış bazarında özünə tutarlı yer tuta bilmir. Buna səbəb o ərəfədə satış bazarında özünə lazımı səviyyədə yer tutmuş WordPerfect əməliyyat sistemi olur. Lakin 1985-ci ildə əməliyyat sisteminin Macintosh üçün hazırlanmış versiyası özünə geniş istifadəçi auditoriyası yarada bilir. Bu ərəfədə hazırlanmış və həddindən artıq səhvlərə malik olan Word-ün 3.0 versiyası tez bir zamanda aradan çıxarılır və əmələ gəlmiş səhvlər üzərində həcmli tədqiqatlar aparılır. İki ildən sonra istehsal olunan “Macintosh üçün Word 3.01” versiyası satış bazarında öz mövqeyini möhkəmləndirir.

WYSIWYG-redaktor prinsipinə əsaslanaraq (What You See Is What You Get (Получаю то, что вижу – Nəyi görürəmsə, onu da əldə edirəm)) işləyən Word əməliyyat sistemi Macintosh üçün hazırlanmış proqram təminatları arasında özünəməxsus yer tutur.

MS-DOS – un mətn əməliyyat sistemi olmasına baxmayaraq sistem qrafik örtükdən mərhumdur. Bu baxımdan Word  IBM PC kompüterlərində istifadə olunan DOS üçün ilk mətn redaktoru hesab edilə bilər. Mətn redaktoru istifadəçiyə mətnin üzərində müəyyən redaktə işlərinin həyata keçirilməsinə imkan verirdi (məsələn, mətnin üzərində redaktə əməliyyatı aparan zaman istifadəçinin qalın və ya kursiv yazı üsulundan istifadə etməsi). Bunlara baxmayaraq sözün əsl mənasında əməliyyat sistemini WYSIWYG-redaktoru adlandırmaq mümkün olmadı. Digər mətn redaktorlarından olan WordStar və WordPerfect əməliyyat sistemləri isə rəngli mətnin yazılması imkanlarının olması ilə yanaşı kod ilə nişanlanan sadə mətn ekranına da malik idilər.

1990÷1995-ci illərdə Windows üçün Word-ün birinci versiyası (1989-cu ildə istehsal olunan) Amerika Birləşmiş Ştatlarında 500 dollara satışa çıxarılır. Əməliyyat sistemi Microsoft şirkətinin bu sahədə düzgün istiqamət seçdiyini nümayiş etdirir. İstehsal olunan Windows əməliyyat sistemi həddindən çox əməliyyatları Macintosh əməliyyat sistemindən mənimsəməklə yanaşı müəyyən əməliyyatların və əmrlərin həyata keçirilməsindən ötrü klaviatura üzərindəki düymələr kombinasiyasından da (məsələn, faylın yaddaşa yazılması üçün Ctrl+S düymələrinin birgə sıxılması) tutarlı səviyyədə istifadə edirdi.

Növbəti ildə firma Windows 3.0 əməliyyat sistemini satışa çıxarır. Qeyd etmək lazımdır ki, o ərəfədə istifadəçi tərəfindən istifadəyə yararlı olan Word 1.0 əməliyyat sistemi Windows-un əvvəlki versiyalarından olan Windows x386 və Windows x286 əməliyyat sistemləri ilə müəyyən qüsurlarla işlədiyi halda Word 1.0 Windows 3.0 versiyası ilə nəzərə çarpacaq dərəcədə yaxşı işləyirdi. Həmin ildə Word –ün güclü rəqibi sayılan WordPerfect əməliyyat sistemi Windows-un örtüyü altında işləyən işçi versiyanı istehsal edə bilmədiyi üçün satış bazarında tənəzzülə uğrayır. Bu WordPerfect üçün sözün əsl mənasında “ölüm”ə bərabər idi.

Bu ərəfədə istehsal olunan 2.0 versiyası WinWord-ün satış bazarında mövqeyini möhkəmlədir və əməliyyat sistemi liderliyi əldə edir. Satış bazarında Nisus proqramının satılmasına baxmayaraq (proqram istifadəçiyə bir-biri ilə əlaqəsi olmayan mətnin bir neçə hissəsini kəsərək üzərində əməliyyat aparmaq imkanı verirdi) Macintosh–da istifadə olunan Word-ün satış bazarında ciddi rəqibləri yox idi. Əksər proqram istifadəçilərinin fikirlərinə görə 1987-ci ildə buraxılan 3.01 və 1991-ci ildə istehsal ounan versiyaları arasında köklü fərqin olmasına baxmayaraq belə bir imkan sonralar istehsal olunan Office XP əməliyyat sisteminə daxil olan Word 2002 əməliyyat sistemində istifadə olunmağa başlandı.

Word-ün 1994-çü ildə istehsal olunan, Macintosh üçün buraxılan 6.0 versiyasında bir çox əməliyyatlar istifadəçilər tərəfindən şübhə ilə qarşılandı. Çünki o zaman istehsal olunan və istifadəçilər tərəfindən istifadə olunan Windows və Mac əməliyyat sistemləri arasında o qədərdə hiss ediləcək fərq yox idi. Şirkət növbəti versiyanı istehsala buraxır və onu Windows 6.0 adlandırır. Yeni istehsal olunan versiyaya sadə mətn redaktorunun imkanlarından kənara çıxan digər əmrlərdə daxil edilir (şəkilçəkmə alətlərinin əlavə edilməsi, qrafikadan mətndə istifadə və s.).

Hal-hazırda Microsoft Word əməliyyat sistemi istifadə olunan mətn redaltorları arasında ən populyar əməmliyyat sistemi sayılır. Bu populyarlıq əməliyyat sisteminini həqiqətdə (de-fakto) standart binar format sənədi səviyyəsinə qaldırdı. Bununda nəticəsində bu proqram ilə rəqabət aparan çoxsaylı proqramlar həmin format ilə uyğunluğu dəstəklədilər. Beləliklə, IBM PC kompüterlər platformasında “.doc” genişlənməsi Word 97÷2000 ikilik formatının sinoniminə çevrildi. Formatın eksport və import süzgəcləri əksər mətn redaktorlarını dəstəklədilər.

Qeyd etmək lazımdır ki, Word-ün müxtəlif versiyalarındakı sənədin formatı daima dəyişsədə belə bu formatlar arasındakı fərq çox cüzüdür.

MS Word 2007 –nin sonuncu versiyası susmaya görə XML formatını dəstəkləyir. Format faylının təsnifatı Microsoft firması tərəfindən 2008-ci ildə müxtəlif qəzetlərdə çap edilir.

Qeyd etmək lazımdır ki, Microsoft Office proqramının bütün əlavələri kimi Word proqramı da öz imkanlarını onda qurulmuş makrodilin vasitəsilə genişləndirir. Öncə makrodil kimi əvvəlki versiyalarda WordBasic-dən, Word 97 versiyasından başlayaraq VBA – Visual Basic -dən istifadə olunmağa başlandı.

Sonrakı illərdə istifadə edilən proqramlar kimi Word mətn redaktoru da müəyyən çətinliklər ilə qarşılaşır. 1994-cü ilin dekabr ayında Con MakNamara tərəfindən yaradılmış DMV makrovirusları Microsoft Word sənədlərini də virusa yoluxdurur. Növbəti ildə əməliyyat sistemi kompüter texnikası aləminə makrovirus epidemiyası kimi daxil olan Concept virusu ilə üzləşir. Bu 1995-ci ilin iyul-avqust aylarına təsadüf edir.

12 avqust 2009-cu ildə Texas ştatının məhkəməsi şirkətə Word əməliyyat sisyemini Amerika Birləşmiş Ştatlarının ərazisinə daxil olan satış bazarlarına çıxarmağı qədağan edir. Bu əsasən onunla bağlı idi Microsoft şirkəti Kanadanın i4i şirkətinin patent əsasında istehsal etdiyi XML-fayllarının oxunma üsulundan qeyri-qanunu olaraq istifadə etmişdi.

Sonrakı illərdə şirkət digər firmalarla əlaqələrini genişləndirir və istehsal etdiyi əməliyyat sisteminin daha da təkmilləşdirilməsinə nail olur.

Cədvəldə Microsoft şirkətiin istehsal etdiyi əməliyyat sisteminin müxtəlif versiyalarının versiya tarixi verilmişdir.

 

 

MS – DOS VERSIYASININ VERSIYA TARIXI:

VERSİYANIN YARANDIĞI İL

VERSİYANIN ADI

         1983 – cü il Word 1
1985 – ci il Word 2
1986 – cı il Word 3
1987 – ci il Word4 (kompüter aləmində PC kompüterləri üçün Microsoft Word 4.0 kimi məşhurdur)
1989 – cu il Word 5
1991 – ci il Word 5.5 (Apple Macintosh üçün hazırlanmış versiya)
Yanvar 1985-ci il Word 1 (Macintosh üçün)
1987 – ci il Word 3
1989 – cu il Word 4
1991 – ci il Word 5 le
1993 – cü il Word 6
1998 – ci il Word 98
2000 – ci il Word 2001 (Mac OS 9 ilə uzlaşan sonuncu versiya)
2001- ci il Word v.X (ancaq Mac OS X üçün nəzərdə tutulmuş birinci versiya)
2004 – cü il Word 2004
2008 – ci il Word 2008
Microsoft Windows əməliyyat sistemi üçün nəzərdə tutulmuş versiyaların versiya tarixi
Noyabr 1989 – cu il Windows 1991 üçün Word
1991 – ci il Windows üçün Word 2
1993 – cü il Windows üçün Word 6 (6 nömrəsi DOS versiyalarının ardıcıllığı kimi Word əməliyyat sisteminə verilmişdir)
1995 – ci il        Word 95 (və ya Word 7)
1997 – ci il        Word 97 (və ya Word 8)
1999 – cu il        Word 2000 (və ya Word 9)
2001 – ci il        Word 2002 (və ya Word 10)
2001 – ci il        Word XP
2003 – cü il Word 2003 (kompüter istifadəçiləri arasında Word 11 adı ilə daha da məşhur olmuşdur, amma rəsmi olaraq kompüter aləmində Microsoft Office Word 2003 kimi tanınmışdır)
        2007-ci il Word 2007b (interfeysi dəyişməklə OOXML-*.doc formatını dəstəkləmişdir)
2010 – cu il Word 2010 (SCO UNIX üçün versiya: Microsoft Word UNIX Systems üçün, Relsase 5.1)