MICROSOFT WORD 2007 – NİN TƏYİNATI VƏ İMKANLARI

WORD 2007  proqramı istifadəçiyə mətnlərin redaktə edilməsi və formalaşdırılması kimi müxtəlif əməliyytları həyata keçirməyə geniş imkanlar verir. WORD 2007 mətn redaktorundan istifadə etməklə həll olunacaq məsələlərin siyahısı aşağıda verilən kimidir:

  • Mətnin üslubunun və yazı stilinin (şriftlərin) geniş seçilmə imkanının varlığı ilə mətn sənədlərinin yaradılması və redaktə olunması;
  • Mətn sənədlərinin tərtibatı (başlıqların, kolontitulların və mündəricatın hazırlanması, mətnin səhifədə yerləşdirilməsi, şriftlərin sazlanması və abzas parametrlərinin qurulması, müxtəlif ülgülərdən istifadə etməklə mətn sənədlərinin hazırlanması;
  • Mətnə müxtəlif elementlərin: xüsusi simvolların, şəkillərin, qeydlərin, hiperistinadların, haşiyələrin və s. əlavə olunması;
  • Bufer yaddaşdan istifadə etməklə mətnin surətinin alınması, kəsilmiş fraqmentlərin yerinin dəyişdirilməsi və s. yerinə yetirilməsi;
  • Hazırlanmış mətnin cədvələ çevrilməsi və əks əməliyyatın həyata keçirilməsi;
  • Yığılmış mətnin səhifələr sayını, mətndəki simvolların sayını, abzasların sayını və s. müəyyən etməklə sənədə baxışın keçirilməsi;
  • Yığılmış mətndə qramatik, stilistik və s. səhvlərin aşkarlanmasının avtomatik olaraq həyata keçirilməsi;
  • Xüsusi funksiyalardan istifadə etməklə şəkilllərin (həmçinin təsvirlərin) yaradılması;
  • Formalaşdırılmış mətnin müxtəlif formatlarda saxlanması;
  • Hazır mətnlərin çapa hazırlanması və çapa verilməsi (lazım gələrsə mətnı çap etməzədən əvvəl öncə baxış əməliyyatının yerinə yetirilməsi).

Öndə göstərilənlərdən əlavə WORD 2007  əməliyyat sistemi istifadəçinin tələbinə uyğun olaraq digər əməliyyatları da yerinə yetirmək qabiliyyətinə malikdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *