MS Word Microsoft Office Word 2007

Tarix: 17 December, 2012 | müəllif Etibar Seyidzadə

0

MICROSOFT WORD 2007 – NİN ÖNCƏKİLƏRDƏN FƏRQİ

İlk gözə çarpan istifadəçi interfeysinin və əsas alətlərin kardinal (köklü) dəyişməsidir. Məsələn, proqramın əsas menyusu əski versiyalarda pəncərənin yuxarı hissəsində yerləşirdisə, bu versiyada özünə bir neçə qoşmanı birləşdirən lent ilə əvəz olunmuşdur. Bununla yanaşı idarəetmə elementlərinin də həmin qoşmalarda yerləşməsi əksi versiyalarda olduğundan xeyli fərqlənir.

Əski versiyalarda menyu çubuğunda yerləşən File (Файл-Fayl) menyusuna daxil olan əmrlər, həmçinin altmenyular (məsələn, New (Создать-Yeni), Open (Открыть-Aç), Save (Сохранить-Yaddaşa Yaz) və s.) yeni versiyada masaüstünün yuxarı/sağ küncündə yerləşən Button “Office” (Кнопки “Office” –  “Office” Düymə) menyusunda cəmlənmişdir.

İstifadçi Word 2007 əməliyyat sistemində sənədləri müxtəlif formatlarda saxlamaq imkanına malikdir (bu tip əməliyyatların bəzilərinin yerinə yetirilməsi əski versiyalarda nəzərə alınmamışdır). Susmaya görə Word 2007 sənədi DOCX formatında saxlamağı təklif edir. Formatı əski versiyalar dəstəkləmir. İstifadəçi hazırladığı sənədi makroslar tərəfindən dəstəklənən DOCM formatında da saxlaya bilər. Bu zaman nəzərə almaq lazımdır: əgər istifadəçi hazırladığı sənədi Word 2007-dən fərqli olan formatda saxlamışsa, onda həmin sənəd ilə müəyyən əməliyyatların həyata keçirilməsi məhdud funksional imkanlar daxilində həyata keçiriləcək.

İstifadəçi yaddaşda saxlanılacaq (susmaya görə təklif olunan) sənədin formatını dəyişmək istərsə, onda o, Save (Сохранение -Yaddaşa Yaz) bölməsində yerləşən sazlama rejimində bu məqsəd üçün tələb olunan formatı qeyd etməlidir.

Word 2007 –də sazlama rejimi müəyyən dəyişikliyə məruz qalmışdır.

Birincisi, sazlama rejimi Tools (Сервис-Servis) menyusunun köməkliyi ilə deyil, Button “Office” (Кнопки “Office” –  “Office” Düymə) menyusunda həyata keçirilir.

İkincisi, sazlama intereysi yenidən işlənmişdir: burada interfeys bölmələr siyahısı formasımda deyil, bir-birinə oxşar olan sazlama parametrləri funksiya baxımından toplum şəkilində birləşirdirilir.

Üçüncüsü, sazlamanın imkanlarını genişləndirmək məqədi ilə sazlama parametrlərinin sayı hiss olunacaq dərəcədə artırılmışdır.

Proqram pəncərəsinin yuxarı tərəfində Button “Office” (Кнопки “Office” –  “Office” Düymələri)  menyusundan sağda) “Панель быстрого доступа” lövhəsi yerləşir. Lövhənin üzərindəki düymələr dəsti istifadəçiyə proqramın işləməsi üçün lazım olan istənlən rejimi cəld seçməkdə tutarlı səviyyədə imkan yaradır.

Yeni versiyada cədvəllər ilə əməliyyatların yerinə yetirilməsində də müəyyən dəyişikliklər həyata keçirilmişdir. Bu əsasən iş prosesi zamanı istifadəçinin yaradacağı cədvəlin eskizini öncədən görməsidir.

Əski versiyada istifadəçi hazırladığı mətnə (və ya sənədə) müxtəlif obyektləri: məsələn, şəkilləri, simvolları, istinadları, fiqurlu mətnləri (WordArt) və başqalarını yerləşdirə bilirdi. Bu imkanlar yeni versiyada da öz əhəmiyyətini itirməmişdir. Word 2007 əməliyyat sistemində isə yerinə yetirilən bu əməliyyatlarla yanaşı istifadəçi  müxtəlif xarakterli klipləri (filmləri, səsləri və s.) sənədə inteqrasiya etməklə daxil edə bilir.

Word 2007 mətn redaktorunun Taskbar (Строка состояние-Vəziyyət lövhəsi)də də ciddi dəyişikliklər aparılmışdır. Taskbar (Строка состояние-Vəziyyət lövhəsi)nin informasiya təminatı əhəmiyyətli şəkildə atırılmış, lövhənin bəzi funksiya imkanları da ayrılmışdır. Məsələn, əgər istifadəşi Mouse-un oxunu dil lövhəsi üzərinə gətirib sol düyməni sıxarsa, bu zaman masaüstünə  Lancvic (Язык-Dil) dialoq pəncərisi açılacaq və o, pəncərədən seçilmiş dilin dil qaydalarını sətbəst şəkildə sazlaya bilər. Bununla yanaşı istifadəçi seçilmiş dil lövhəsinin sol tərəfində yerləşən düyməni sıxmaqla tez bir şəkildə baxış rejiminə keçər və yığılmış mətnin cari səhifəsindəki yazı qaydalarında buraxılmış səhvləri tutarlı qayda da düzəldə bilər. Dil lövhəsinin sağ tərəfindəki düyməni sıxdıqda isə o, makrosun yazılmasını işə buraxar və ya makrosun yazılışını dayandıra bilər.

Vəziyyət çubuğunun sağ tərəfində yerləşən sürüngəc vasitəsi ilə istifadəçi cari sənədin əks olunma miqyasını cəld dəyişə bilər. Bu imkan əski versiyalarda nəzərə alınmamışdı.

Teqlər: ,


Yazar Haqqında

Etibar Seyidzadə

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin baş müəllimi, bir sıra İKT kitablarının və araşdırmaların, məqalələrin müəllifi, beynəlxalq sertifikat və mükafatların sahibi, İnformatikanın tədrisi metodikası üzrə PhD.


Ən Başa Qayıt ↑