Microsoft Windows RT 8.1 Yeniləməsini Geri Aldı

Microsoft yeni yayımlanan Windows RT 8.1 yeniləməsində bir çox problemlər yaşadığı üçün bu yeniləməni Windows Store-dan yığışdırdı. İstifadəçilərin şikayətləri ilə qarşılaşan Microsoft nəticədə vəziyyəti araşdırmağa başladı.

windows-8-1

Texnologiya nəhəngi Windows RT 8.1 yeniləməsini geri götürdüyünü qeyd etdi. Windows RT yüklü cihazlarda yükləmədən sonra meydana gələn problemlərə görə Windows Store-daki fayllara giriş bağlanıldı. Problemin əsl səbəbini açıqlamayan Microsoft, məsələnin həllinə çoxdan başladığını qeyd etdi.