Microsoft Vahid Ekosistem Qurur

Microsoft şirkətinin icraçı direktoru Steve Ballmer hissədarlara, müştərilərə, partnyorlara və şirkətin əməkdaşlarına açıq məktubunda fundamental yenidənqurmaların olacağını açıqlayıb. Yeni strategiyaya görə, şirkət məhsul buraxılışını, proqram təminatı və xidməti özü həyata keçirəcək və bununla vahid bir ekosistem formalaşdıracaq. Ballmer etiraf edib ki, şirkət artıq bir ildir bu strategiyaya uyğun fəaliyyət göstərir və Surface planşeti ümumi ekosistemin ilk cihazı olacaq. Bu istiqamətdə hərəkət edərək şirkət ayın sonu təqdim olunacaq və sensor ekranları dəstəkləyən yeni Office yazıb. “Biz müəyyən edilmiş məqsədlər üçün ixtisaslaşmış cihazlar yaradacağıq. Şirkətin cihazları ilə bağlı partnyorlarla iş birliyi cihaz və proqram təminatına və xidmətə yönələcək” – Microsoft şirkətinin icraçı direktoru qeyd edir. Bu dönüş nöqtəsini Steve Microsoft üçün yeni era adlandırır. Şirkətin partnyorları bununla barışmalıdır və onlar üçün bu strategiya Apple şirkətinin yürütdüyü biznes modelindən başqa bir şey deyildir.