Microsoft-un Yeni Maliyyə Direktoru Məlum Olub

 

41 yaşlı xanım Emi Hud Microsoft-un yeni maliyyə direktoru olacaq. O, bu vəzifəyə təyinat almamışdan əvvəl Microsoft Office bölməsində oxşar vəzifəni tutmaqla korporasiyanın korporativ məhsul satışlarına rəhbərlik edib.

Xanım Emi Hud bu vəzifədə 2002-ci ildən Microsoft-un maliyyə məsələləri ilə məşğul olan Piter Klaynı əvəz edəcək. Yeni maliyyə direktoru Microsoft-a həmin ildə Goldman Sachs bankından gəlməmişdən əvvəl Harvard Universitetində təhsil alıb, təhsilini başa vurduqdan sonra burada MBA proqramı üzrə təlim kursu keçib, Cybersecurity yazır.

Xatırladaq ki, bundan əvvəl Microsoft Piter Klaynın cari ilin iyunundan istefaya göndəriləcəyini elan etmişdi. Məlumatda bildirilirdi ki, bu, maliyyə direktorunun korporasiyadakı fəaliyyəti ilə əlaqəsi olmayan şəxsi məsələlərinə görə özünün qəbul etdiyi qərardır.