Microsoft-un hesabatı sərmayədarların sevincinə səbəb olub

ABŞ-ın məşhur proqram təminatçısı Microsoft şirkəti rüb ərzində göstərdiyi yüksək nəticələrlə sərmayədarların sevincinə səbəb olub.

www.dailycomm.ru saytının verdiyi məlumata əsasən, proqram təminatı sahəsində tanınmış Microsoft şirkəti 2013-cü ilin 31 mart tarixində başa çatmış üçüncü maliyyə ilinin nəticələrinə görə şirkətin xalis gəliri 6,06 milyard dollar təşkil edir və bu da hər səhmə 72 sent deməkdir. Bu göstərici ötən ilki göstəricilərdən 19 faiz yüksəkdir. Şikrətin il ərzində gəliri 18 faiz artmış və 20,5 milyard dollara çatmışdır. Bu göstəricilər də analitiklərin proqnozlarını təsdiqləmiş olur.

Baxmayaraq ki, dünya bazarlarında kompüter tədarükü 14 faiz aşağı düşüb, Windows əməliyyat sistemili cihazların satışı 23 faiz artmaqla 5,7 milyard dollara yüksəlmişdir. Təkcə Şirkətin server şöbəsi Şirkətə 5,04 milyard dollar gəlir gətirib ki, bu göstərici də keçən ilki göstəricilərdən 11 faiz çoxdur. Nəticələrə görə, biznes-məhsullar bölməsinin il ərzində mədaxili 8 faiz artmaqla 6,32 milyard dollara çatıb. Əyləncəli texnologiyalar və avadanlıqların hazırlanması ilə məşğul olan bölmə üçüncü maliyyə rübündə satışlarını 2,53 milyard dollar məbləğində etməklə keçən ilki göstəricini 56 faiz üstələyib. Bütün bunlarla yanaşı, Şirkət internet vasitəsilə etdiyi reklamdan qazandığı gəlirlərdə 22 faiz artım qeydə alınıb.

Hesabatın dərc olunması ilə eyni zamanda Şirkətin maliyyə direktoru Piter Klyaynın istefa göndərilməsi də elan olunmuşdur. Piter Klyay öz vəzifə səlahiyyətlərini Microsoftun 2013-cü il 30 iyun tarixində başa çatacaq üçüncü maliyyə ilində təhvil verəcək. Onun səlahiyyətlərini icra edəcək şəxsin adının isə yaxın günlərdə açıqlanacağı bildirilir.