Microsoft-un Azərbaycanda Yeni Tədbiri

5 iyun 2013 tarixində Microsoft şirkəti Qala sərgisi adlı yeni tədbir həyata keçirdi. NOD Magazine komandasının da iştirak etdiyi tədbirdə Qala muzeyinin gəzintisindən sonra Windows 8 haqqında tədbir reallaşdı. Tədbirdə NOD Magazine nümayəndəsi ilə yanaşı Rabitə və İnformasiya Texnolgiyaları Nazirliyindən jurnalistlər, bununla yanaşı, qəzet və jurnallardan jurnalistlər də iştirak etmişdir. Bu tədbirin həyata keçirilməsinin əsas səbəbi Windows 8-in təqdimatını reallaşdırmaq idi.

Windows 8 əməliyyat sistemi 2012 ilin oktyabr ayında işıq görmüşdür. Bu əməliyyat sisteminin yaranmasının səbəbi istifadəçilərə istifadəsi daha rahat olan bir sistemin təqdim olunmasıdır. PC, Tabletlər və sensorlu telefonları 3-ü birində olaraq birləşdirən Windows 8-in sizin üçün ən böyük üstünlüyü sistemin Azərbaycan dilində də istifadə oluna bilməsidir. Təqdimatda Windows 8-in tətbiqləri haqqında məlumatlar verildi.

Windows 8 üçün tətbiqlər – yeni əməliyyat sisteminin inkişafının əsas istiqamətlərindən biridir. Windows mağazasında tətbiqlərin həcmi keçən ilin oktyabr ayından etibarən 6 dəfədən çox artmışdır. Altı ay ərzində onlayn mağazadan 250 milyondan çox tətbiq yüklənməsi qeydə alınmışdır. Bir qədər sonra cari ildə yenilənməsi gözlənilən Windows 8-in işçi adı Windows Blue-dır. Windows 8.1 (işçi adı Windows Blue) pulsuz funksional yeniləmə paketidir. Paket əməliyyat sisteminin əsas istiqamətlərdə irəliləyişlərini özündə cəmləşdirir : personalizasiya, axtarış, daxili tətbiq, Windows Store mağazaları və bulud servislərinin dəstəkləyir. Windows 8.1 Start ekranını daha çox rəng və divar kağızları təqdim edir.

İstifadəçilərin ixtiyarına iki yeni ölçülü plitələr verilməsi, bu da öz növbəsində elementləri qruplaşdırmağa və ekran məkanını daha rahat təşkil etməyə imkan verir. Eyni zamanda bir neçə plitələri seçmək, onları silmək, ölçülərini dəyişmək mümkündür.

Fotoçərçivə. Ekran klidinin yeni variantı özündə ekran rəsmini,yəni şəxsi şəkillərdən ibarət olan animasiyalı slaydşounu ehtiva edir. Həmin şəkillər həm lokal, həm də SkyDrive serverində yerləşə bilər.

Daxili tətbiqlər. Bir çox Windows Store-un daxili tətbiqlərinin yeniliklər ilə yararlanmaq mümkündür.

Çoxpəncərəlik. Windows 8.1 tətbiqlərin paralel görüntüsünün bir şox növlərini təqdim edir.

Windows Store. Yenilənmiş Windows Store indi daha detallaşdırılmış məlumatları,ən yaxşı pulsuz tətbiq və yeni proqram siyahılarını nümayış etdirir,həmçinin hər bir istifadəçi üçün ev ekranında xüsusi seçilmiş tətbiqləri göstərir.

Bulud sinxronizasiya. SkyDrive Windows 8.1-in ayrılmaz funksiyasından birirdir. Tətbiqin yeni versiyası personal kompüterdən və yaxud mobil cihazlardan faylları buludla və əksinə sinxronlaşdırmağa imkan yaradacaq, bu da onları istifadəçi şəbəkədən kənarda olduqda belə əlçatan edir.

PK ayarları. Artıq tətbiqdə displeyin imkanlarını, güc parametrlərini dəyişmək, PK modelin və istehsalçını tanımaq, lisenziyalaşdırılmış açarı dəyişmək, sistem yeniliklərini yoxlamaq, hətta domenə qoşulmaq mümkündür. Bundan əlavə istifadəçi həmin tətbiq vasitəsilə SkyDrive servisini idarə edə, buludda boş yerin həcmini öyrənə və ehtiyac yaranarsa əlavə yer həcmini əldə edir.

Internet Explorer. Windows 8.1-in daxilinə Internet Explorer 11 daxildir. O da özündə sensor cihazlarla işdə məhsuldarlıq baxımından təkmilləşdirilməni, səhifələrin daha tez yüklənməsini və interfeys ayarı daxil olmaqla bir neçə yeni funksiyanı cəmləşdirir.