Microsoft Qlobal Vençur Fond Yaradıb

Microsoft korporasiyası Microsoft Ventures adlı Qlobal Vençur Fondun yaradılmasını elan edib. Fond dünyada perspektivli layihələrin maliyyələşdirilməsi və dəstəklənməsi ilə məşğul olacaq. Dəstəyə Microsoft-a məxsus alətlərlərdən və texnologiyalardan istifadə, eləcə də təlimlər daxil olacaq, Cnews yazır.

Microsoft korporativ proqram təminatı,  iri həcmli məlumatlar, təhlükəsizlik, süni intellekt, reklam, video-oyunlar və bulud servisləri ilə məşğul olan “start-up” (yeni yaranan) layihələrinə böyük maraq göstərməyi planlaşdırır.

Start-up-larla aparılan iş müxtəlif sxemlər üzrə həyata keçiriləcək. Məsələn, şirkətlər ideyalarını real biznesdə tətbiq etmək üçün 3-6 aylıq Microsoft Ventures Accelerators proqramından istifadə edə biləcəklər. Proqram təlimatçılara, texniki ekspertlərə, işləmə alətlərinə və əsas resurslara çıxış imkanını təmin edir. Proqramın iştirakçısı olmaq üçün qeyd edilən şərtlərə əməl etmək tələb olunur: şirkət daimi etibarlı ştata, həll etməyi planlaşdırdığı problem barədə dəqiq təsəvvürə və maliyyə dəstəyinə malik olmalıdır (1 milyon dollardan çox olmamaq şərti ilə)

Bundan başqa, işə yenicə başlayan sahibkarlara köməyin göstərilməsi Microsoft-un əməkdaşlıq etməyi planlaşdırdığı kiçik sahibkarlığın dəstəklənməsi ilə məşğul olan lokal vençur fond və təşkilatlar vasitəsilə təşkil olunacaq.

 

 

Mənbə : http://www.mincom.gov.az