Microsoft planşet satışı – vəziyyət ürəkaçan deyil

İlk Microsoft planşeti – Surface RT – eksklüziv olaraq ancaq Microsoft mağazalarında satılması planlanlasa da, şirkət cihaza olan aşağı tələblə üzləşdi. Bu problemi aradan qaldırmaq üçün kənar şirkətlər tərəfindən satışı başlamağa qərar verdi. Yəni bu yeni cihazı retail satışa buraxdı. Amma, göründüyü kimi bu addım da problemi həll etmədi.

Surface RT satışına ilk lisenziya alan Steples və Best Buy kimi nəhəng pərakəndə satış şəbəkələri Microsoftun ilk planşetinə çox aşağı tələbin olduğunu xəbər verirlər.

R.W. Baird analitik şirkətindən Vilyan Pauer deyir ki, qərbin bu nəhəng iki pərakəndə satış şəbəkəsində Microsoft’un RT planşetinə məhdud səviyyədə tələb var. İnsanlar əsasən ya Apple şirkətindən iPad, Google və Samsungdan Nexus 10 ya da Kindle alır.

“Best Buy təmsilçiləri Microsoft Surface planşetindən danışarkən, bütün fikirləri ona yönəltməyin mənasız olduğunu dedilər. Satışlarla maraqlandıqda isə, onlar cavab verdilər ki, cihaz bazarda yenidir və ona olan tələb iPad və Kindle Fire cihazlarına olan tələbdən çox aşağıdır”, – Vilyem Pauer əlavə edib.