Microsoft Office iPhone-da

Uzun müddətdir Microsoftun iPhone üçün Office tətbiqetməsi üzərində çalışdığı ilə bağlı məlumatlar mətbuatda dolaşırdı və artıq həmin xəbərlər həqiqətə çevrildi. Rəsmi olaraq iPhone üçün Office istifadə edilməsi mümkün oldu. Microsoft tərəfindən təmin edilən Office 365 tətbiqetməsi  App Store-da yerləşdirilb.

iPhone –nuzda istifadə edə biləcəyiniz Office 365 tətbiqetməsi ilə siz artıq Word, Excel ve PowerPoint sənədlərinin üzərində rahatlıqla işləyə bilərsiniz.

Bu tətbiqetmə sayəsində sadəcə mail və köçürmə yolu ilə göndərə biləcəyiniz Office sənədlərindən əlavə SkyDrive, SkyDrive Pro və SharePoint-də olan sənədlərlə də işləyə bilərsiniz. Eyni zamanda üzərində dəyişikliklər edə biləcəyiniz Office sənədlərini kompüterdə olduğu kimi yaddaşa köçürdüb başqa vaxt yenidən üzərində çalışmaq imkanınız olduğu kimi ,  üzərində çalışdığınız sənədi mail vasitəsilə istədiyiniz şəxslərə göndərə bilərsiniz.

iPhone-nun yaddaşını iş üçün istifadə etmək istəməyənlər, eləcə də, dostlarının da eyni sənəd üzərində işləməsini təmin etmək istəyənlər artıq asanlıqla Microsoft 365 sistemində Cloud-a yükləyə bilməniz sayəsində sənədləri istədiyiniz yerdən, istədiyiniz vaxt ədə edə bilərsiniz.

Qeyd edək ki, tətbiqetmənin həcmi 58 MB-dır və demək lar ki, bütün dilləri dəsdəkləyir.