MICROSOFT OFFICE 2007 PROQRAM PAKETİNİN QURULMASI

Microsoft Office 2007 paketinin əlavələrinin qurulmasından ötrü paketin komplektinə daxil olan Setup.exe faylından bəhrələnmək olar. Bu zaman masaüstünə 2007 Microsoft Office system (Система 2007 Microsoft Office – 2007 Microsoft Office sistemi) dialoq pəncərəsi açılacaq (şəkil 1.).

 Şəkil 1. İnstalizasiya üçün əlavənin seçilməsi

Şəkildə göstərilən dialoq pəncərəsindəki açarlar vasitəsilə fərdi kompüterinizə qurcağınız Office 2007 paketinin əalvələrini seçin və dialoq pəncərəsinin aşağı/sağ tərəfindəki Continue (Продолжать-Davam et) düyməsini sıxın. Bu zaman masaüstünə Microsoft Office Visio Standard 2007 (Вид стандарта Microsoft Office 2007 – Microsoft Office 2007 Standartının Görünüşü) növbəti qurulma proqramını əks etdirən dialoq pəncərəsi açılacaq (şəkil 2.).

Şəkil 2. Lisenziya açarının daxil edilməsi

Dialoq pəncərəsindəki sahəyə proqramı satış bazarından alan zaman Sizə təqdin edilmiş 25 qiymətə malik lisenziya açarının kodunu daxil edin. Kodun daxil edilməsi zamanı baş verəcək təhriflərin qarşısını almaq üçün istifadəçinin kodu bufer yaddaşının köməyindən istifadə etməklə daxil etməsi məsləhətdir.

İstifadəçi öndəki əməlyyatları yerinə yetirdikdən sonra, yəni lisenziya açarınin kodunu daxil edib Continue (Продолжать-Davam et) düyməsini sıxdıqdan sonra masaüstünə lisenziyanın təsdiq olunmasını təsdiq edəcək dialoq pəncərəsi açılacaq. Bundan sonra sonrakı instalizasiyanın həyata keçməsi mümkündür. Növbəti mərhələdə aşağıdakı şəkildə göstərilən quruluş üsulunun seçilməsi lazımdır.

 

Şəkil 3. İnstalizasiya variantının seçilməsi üçün açılmış dialoq pəncərəsi 

Əgər Sizin fərdi kompüterdə Office əlavələrinin əski versiyaları qurulmuşsa, onda həmin versiyanın 2007-ci versiyaya qədər yeniləşməsi üçün Upgrate (əgər əski versiya kompüterə yüklənməmişsə, onda Install Now düyməsi sıxılmalıdır – şəkil 3-ə nəzər sal). Bundan sonra instalizasiya istifadəçinin iştirakı olmadan həyata keçiriləcək. Bu zaman qurulma proqramı özü üçün sərt diskdə özünə uyğun yer tapacaq (əksi versiyanın diskdə qurulduğu sektorda və ya cığırda) və 2007 versiyasinin yeniləşməsi yerinə yetiriləcək.

Əgər istifadəçi Customize düyməsini sıxarsa, onda masaüstünə dialoq pəncərəsi açılacaq və açılmış dialoq pəncərəsindən istifadəçi müstəqil olaraq qurulma variantını özü seçməlidir (şəkiıl 4.).

Şəkil 4. İntalizasiyanın sazlanması 

Əgər Sizin fərdi kompüterdə Office əlavələrinin öndəki versiyası qurulmuşsa, onda masaüstünə açılmış dialoq pəncərəsindəki Upgrade qoşmasından istifadə etməklə qurulma variantını seçə bilərsiniz. Bununla Siz öndəki versiyanı 2007 vesiyasına yeniləyər və yaxud da öndəki vesiyadan asılı olmayaraq 2007 versiyasını kompüterə quraşdıra bilərsiniz (şəkil 4. Keep all previous versions düyməciyinin aktiv vəziyyəti).

İnstalizasiyanın seçilmiş variantından asılı olaraq dialoq pəncərəsinin aşağı/sağ küncündə yerləşən Upgrade düyməsi adını dəyişərək Install Now adını alır (şəkil 4-ə nəzər sal).

Dialoq pəncərəsinin (şəkil 4.) Installation Options səhifəsindən istifadə etməklə istifadəçi intalizasiyanı daha dəqiq qura bilər.

Susmaya görə qurmadan fərqli olaraq qurma üçün yolun seçilməsindən ötrü dialoq pəncərəsinin File Location səhifəsini seçmək kifayətdir.

Proqramın istifadəsi ilə bağlı olan verilənləri əldə etmək üçün isə dialoq pəncərəsinin User İnformation səhifəsini seçmək lazımdır.

Proqram paketinin sonrakı qurulma mərhələsi istifadəçinin iştirakı olmadan yerinə yetiriləcək. Paketin tam qurulması uyğun informasiyanın masaüstünə çıxması ilə tamamlanır. Qurulma tamamlandıqdan sonra Start (Пуск-Başla) menyusunda qurulmuç proqram paketini işə salmaq üçün Microsoft Office qovluğu əmələ gələcək.

İstifadəçi işini asanlaşdırmaqdan ötrü Office 2007 əməliyyat siteminin piktoqramını masaüstünə çıxarması məsləhətdir.