MICROSOFT OFFICE 2007-NİN ƏSKİ VERSİYALARDAN FƏRQİ

Əski versiyalarla müqayisədə vərəsəlik konseptuallığını saxlayan Office 2007 paketi keyfiyyət baxımından yeni məhsul sayılmaqla yanaşı ondan istifadə edən istifadəçinin əməyini yükgünləşdirməklə bərabər bu günün tələblərinə də cavab vermək qabiliyyətinə malikdir.

Office 2007 paketini işə salan istifadəçinin ilkin olaraq nəzərənə çarpacaq hadisə proqramda dəyişmiş interfeysdir. Öncə dəyişmiş interfeys istifadəçidə müəyyən diskomfort yaradacdır. Bu yerlərini müəyyən qədər dəyişmiş və istifadəçiyə əvvəlki versiyalardan taniş olan funksiyaların və əmrlərin axtarılmasının çətinliyidir. Amma bir müddətdən sonra informasiyanın təqdim edilməsinin əlverişli olması və yüksək erqonomiklik istifadəçiyə yeni proqramın üstünlüklərini tutarlı səviyyədə qiymətləndirməyə imkan verir.

Office 2007 paketi səkkiz müxtəlif variantda komplektlərdirilmişdir. Buna görə də paketdən istifadə edən hər bir istifadəçi onun işinə maneçilik edəcək müəyyən proqramları paketdən kənarlaşdırmaqla özünə uyğun olan komplekti seçə bilər. Mümkün ola biləcək komplektlərə nəzər salaq:

  • Microsoft Office Basic – müəyyən qədər “ciddi” variant sayılır və özünədə üç əlavəni: Word 2007 (mətn redaktoru), Excel 2007 (cədvəl redaktoru) və Outlook 2007 (orqanayzer) proqramlarını birləşdirir. Microsoft Office Standard – daha geniş imkanlara malik olan versiya Microsoft Office Basic sisteminin tərkibinə daxil olan əlavələrdən başqa özunə PowerPoint 2007 (təqdimatların hazırlanması və işlənməsi üçün ləvazımat) proqramını da birləşdirir.
  • Microsoft Office Home & Student – proqram paketi Microsoft Office Standard proqramından əsasən onunla fərqlənir ki, burada Outlook 2007 proqramının əvəzinə OneNote 2007 proqramından istifadə edilir.
  • Microsoft Small Business –  Word 2007 (mətn redaktoru), Excel 2007 (cədvəl redaktoru), PowerPoint 2007, Publisher 2007 (reklam materiallarının hazırlanması üçün ləvazımat) və Outlook 2007 (kontakt yaradan dispeçer ilə birlikdə) proqramlarını özündə birləşdirir.
  • Microsoft Office Professional – Word 2007, Excel 2007, PowerPoint 2007, Publisher 2007, Access 2007 (verilənlər bazası ilə işləmək üçün istifadə edilən proqram) və Outlook 2007 proqramlar dəstini özündə birləşdirir.
  • Microsoft Office Professional Plus – Microsoft Office Professional paketinə daxil olan proqramlardam başqa InfoPath 2007 və Communicator 2007 əlavələrini də özündə birləşdirir.
  • Microsoft Office Enterprise – Word 2007, Excel 2007, PowerPoint 2007, Publisher 2007, Access 2007 (verilənlər bazası ilə işləmək üçün istifadə edilən proqram), Outlook 2007, OneNote 2007, InfoPath 2007, Groove 2007 və Communicator 2007 əlavələrini özündə birləşdirir.
  • Microsoft Office Ultimate – Communicator 2007 proqramından başqa Microsoft Office Enterprise paketinin bütün əlavələrini özündə birlşdirir.

Office 2007 paketinin əksər əlavələri istifadəçiyə istifadə etdiyi faylların yeni formatda saxlanmasına imkan verir. Məsələn, istifadəçi yığılmış mətni əvvəllər adət etdiyi DOC formatında saxladığı halda,  Word 2007 –də (əski versiyalarda istifadəçi üçün əlçatmaz olan) DOCX formatında saxlaya bilər.

Növbəti mərhələdə Microsoft Office 2007 paketinin digər xüsusiyyətləri imkan daxilində istifadəçiyə açıqlanacaq.