MICROSOFT OFFICE 2007 İLƏ İLK TANIŞLIQ

İstifadəçinin konkret tələblərinə cavab verə bilən, funksional elastiklik (əyilgənlik), adaptasiya olunma, işin yerinə yetirilməsində sadəlik, dəqiq sazlanma imkanlarına malik olan Office 2007 əlavələr paketi günü-gündən artan tələblərə cavab verməklə yanaşı səmərəli istifadə olunan proqramlar içində özünəməxsus istifadəçi rəğbəti qazanmışdır. Əmək bazarında Microsoft Office 2007 proqramı ilə müstəqil işləməyə vərdiş etmiş mütəxəssisin tələblərini ödəyə biləcək proqram paketi ilə taniş olmaq indiki zamanda fərdi kompüterdən bəhrələnən hər bir istifadəçinin arzusudur.