Microsoft’un ən gənc mütəxəssisinin cəmi 9 yaşı var

Doqquz yaşlı hindistan əsilli Pranav Kalyan Microsoftun ən az yaşlı sertifikatlaşmış mütəxəssisi adını alıb (Microsoft Certified Technology Specialist). Daha öncə bu statusun daşıyıcısı MCTS imtahanını 12 yaşında vermiş Dubaydan Babar İkbal idi.

Kaliforniyada orta məktəbin 4-cü sinif şagirdi Microsoft texnologiyaları üzrə sertifikat sertifikatını 12 yanvar 2013 tarixində alıb. Pranavın kompüterlə ilk tanışlığı 2 yaşında olub.

«Körpə olanda Pranav oyuncaqlardan çox, kompüterlə maraqlanırdı. 6 yaşında artıq o kiçik proqramlar yazırdı.», — gənc istedadın atası deyir.

The Times of India qəzeti ilə telefon danışığında Pranav elm adamı olmaq arzusunda olduğunu onlara bildirib.  Proqramlama sahəsindəki uğurlarına riyaziyyata olan sevgisi kömək edib. Hal-hazırda Pranav gündəlik olaraq kompüter proqramlamasına 8 saatdan çox vaxt sərf edir.