Microsoft “Metro” Sözündən İstifadə Etməyəcək

Microsoft ən son yeniliklərindən olan Surface tabletini və Windows 8-i tanıdarkən “Metro” terminindən istifadə etmişdi. Microsoft bunu bir kod və ya kodlaşdırma adı kimi dəyərləndirirdi və bu adlandırma sadəcə tablet əməliyat sistemi üçün istifadə olunacaqdı. Buna əsasən də bütün tətbiqetmələr (application) “Metro Apps” adı altında təqdim olunacaqdı.

Artıq Microsoft bu addan istifadə etməyəcək. Belə ki, “Metro” termini hüquqi olaraq Microsoftun Avropa mənşəli əməkdaşı olan Metro Group şirkətinə aiddir. Bu təbii ki, məsələnin bizə görünən və təqdim olunan yönüdür. Bir sıra Microsoft izləyicisinin fikrincə bu sadəcə siyasi və ya PR addımıdır. Microsoft sadəcə o addan təqdimat üçün istifadə etmişdi. Əks təqdirdə Microsoftun bu termindən bu qədər asan imtina etməsini açıqlamaq mümkün deyil. Bu dəyişiklik sadəcə Microsoft şirkətinin adlandırmasını deyil, eyni zamanda bütün mühəndislərin işlərini, istifadə olunan proqramları, tətbiqetmələri dəyişdirməklə nəticələnir ki, bu da öz növbəsində bütün Microsoft icmasını, mühəndis və proqramçı dəstəkçilərinə təsir edir. Proqramçılar əl işlərinə yenidən “əl gəzdirməli” olacaqlar.

Bəs sizcə bu dəyişikliyin əsas səbəbi nədir?