Microsoft 20 ildə ilk dəfə maliyyə itkiləri ilə üzləşə bilər

Yenilməz Titan, pul maşını hesab edilən Microsoft şirkəti 20 ildə ilk dəfə olaraq rüblük maliyyə itkilərinə məruz qala bilər. CBS News agentliyinin verdiyi məlumata görə Microsoftun bu rüb üçün gəlirləri 5,3 milyard dollar (4,1 milyard avro) təşkil edib, amma internet sektorunun inkişafına böyük investisiyalar yatırdığından çoxlu pul itkisinə də məruz qalıb.

Məlumatlara görə şirkət, 6,2 milyard dollar (4,8 milyard avro) xərcləyib. Səbəb isə Google kimi onlayn nəhəng ilə yarışa girməyə qərar verib.

Windows 8-in yaxın zamanlardakı çıxışı belə şirkətə kömək etməyib – yeni əməliyyat sisteminin satışları açıq-aydın zəifdir. Hətta, ilk başdakı  populyarlığına görə Windows 7-yə uduzur. Proqnoza görə bu vəziyyət 2013-cü ilin ortalarına kimi dəyişilməz qalacaq.

Microsoft hələ ki, yeni softun rəsmi satış rəqəmləri ilə bağlı açıqlama verməyib. Amma, analitiklər Windows 8-in son nəticədə uğurlu məhsul olacağına əmindirlər.