Microsoft Seeing AI görmə məhdudiyyətlilər üçün tətbiq

Microsoft görmə məhdudiyyətli insanlar üçün tətbiq hazırladı

Microsoft şirkəti ətraf-mühiti səsli şəkildə təsvir etmək imkanına malik süni intellektlə çalışan iOS tətbiqini tanıtdı. Görmə məhdudiyyətli insanlara dəstək olmağı məqsəd seçən Microsoft şirkətinin yeni Seeing AI tətbiqi kamerada görünən ətraf-mühiti səsli şəkildə təsvir edir.

Tətbiq hal-hazırki vəziyyətdə çox sürətli və dəqiq işləyir. Belə ki, sınaqdan keçirən istifadəçilərin rəylərinə əsasən Seeing AI tətbiqi ətrafdakı əşyaları, alətləri və s. çox dəqiq şəkildə təsvir etmək qabiliyyətinə malikdir. Qısa zamanda tətbiqin pul nominallarını da tanıyacağı vəd olunur.