Microsoft Edge brauzeri PwnFest 2016 festivalında 2 dəfə qırıldı

PwnFest 2016 festivalında Microsoft Edge brauzeri 2 dəfə mütəxəssislər tərəfindən qırılıb. Bu festivalda əsas məqsəd hər hansısa yüksək təhlükəsizlik sistemi olan proqramı qırmaqdır. Bunu 2 ayrı-ayrı komandalar həyata keçirməyi bacarıb. Qırılma 64 bitlik Windows 10 əməliyyat sisteminin Red Stone 1 yeniləməsi üzərində baş verib.

İlk öncə Çinin Qihoo 360 şirkətinin mütəxəssisləri əməliyyat sistemini qırmağı bacarıb. 18 saniyə sonra isə lokihardt ləqəbi ilə məhşur Cənubi Koreyalı Yunq Xun Li eyni əməliyyatları yenidən həyata keçirərək qırmağı bacarıb.

Bütün bu məlumatlardan sonra Microsoft şirkəti öz brauzerinin təhlükəsizliyinin artılımasında əlindən gələni edəcək.