Microsoft da ağıllı saat yarışına qaşuldu

Əvvəlcə Apple, daha sonra Google, LG və Samsung tərəfindən yaradılan ağıll saatların sırasına Microsoft da qoşuldu.
Apple şirkətinin başlatdığı və Samsung, LG və Google kimi nəhənglərin davam etdirdiyi ağıllı saat yarışının yeni üzvü proqram dahisi olan Microsoftdur. Wall Street Journal (WSJ) dərgisinin verdiyi məlumata əsasən, Microsoft sensorlu ekrana sahib ağıllı saat hazırlamaq üçün işlərə artıq başlayıb.
WSJ-dən alınan məlumata əsasən, Microsoft 2013-cü ilin əvvəlində Asiyalı təminatçılardan saat istehsalında istifadə olunacaq ləvazimatların göndərilməsini xahiş etmişdi. Qanyaqlardan birininin məlumatına əsasən, Microsoft bu münasibətlə Ar-Ge şirkəti ilə Washingtonda Redmon şirkətində danışıqlar aparıb və uğurlu nəticə əldə olunub.
Texnologiya saytlarının məsələ haqqında fikir bildirməyi Microsoftdan tələb olunsa da, şirkət rəsmiləri hələlik heç bir açıqlama etməyiblər.