Məktəblilərdən qeyri-adi ixtira

Türkiyənin Mersin şəhərinin Tarsus İMKB Sənaye Peşə Liseyinin şagirdləri Həvva Yarıcı ilə Mehmet Can Özdemir, xüsusilə, yeni doğulan uşaqlar ilə yaşlılara zərər vermədən qan alınacaq damarı görmək üçün ‘Damar Göz’ adını verdikləri cihazı təqdim etdilər.

10-cu sinif şagirdləri Həvva Yarıcı ilə Mehmet Can Özdemirin “Damar Göz” adını verdikləri cihaz ilə bir müddət əvvəl Mersində keçirilən TÜBİTAK yarışmasında rayon birincisi olmuşdular. Layihə, 20-24 Mayda Ankarada keçiriləcək və Türkiyə finalında Mersini təmsil edəcək.
Məsləhətçi müəllim Erkan Telek, ABŞ-da ixtira edilən bənzər cihazın gözlərə zərərli və qiymətinin 10 min dollar olduğunu bildirdi. Telek, şagirdlərin ixtira etdikləri bu cihazın dəyərinin 50 TL olduğunu və xəstəyə heç bir şəkildə zərər vermədiyini bildirdi.

Həvva Yarıcı, qardaşının dişinin ağrıdığı zaman əl fənəri ilə ağız boşluğunu işıqlandırarkən yanağındaki damarları görüncə, belə bir cihaz fikrinin yarandığını söylədi. Özdemir isə, işığın qeyri-kafi olduğu hər cür mühitdə, müxtəlif səbəblərlə damarların çətin görünməsi problemini təsbit etdiklərini, bu problemin xəstələrdə stress və qorxu yaratdığını, bəzi xəstələrin əllərində ciddi zədələrin meydana gəlməsinə diqqət çəkərək problemlərin qaynağının damar təyin edilməməsi olduğunu vurğuladı. Özdemir, əl fənərinə bənzəyən işıq qaynaqlı cihazın əl üzərindəki damarların göstərilməsini təmin etdiyini qeyd etdi.