MasterCard inqilabi kartını hazırlayır

Müasir texnologiyalar artıq sensor ekran və klaviaturaların istifadəsini yalnız öyrəşdiyimiz mobil cihazlarla məhdudlaşdırmır. İnnovasiya texnologiyalarının tətbiqinə parlaq nümunəni özünün yeni Display Card məhsulu ilə MasterCard şirkəti göstərdi.

Bu yenilik klaviaturaya və LCD displeyə sahibdir. Eyni zamanda kredit və debit kartı kimi istifadə oluna bilir. Kartın yaradıcıları söz veriblər ki, Display Card-ın ölçülərinə görə narahat olmağa dəyməz. Onlar praktiki olaraq indi istifadə olunan adi kartlar kimi olacaq. Bu yenilik autentifikasiya sistemini sadələşdirəcək. Həmçinin onlayn bankçılıqla əlaqəni azaldacaq və bununla belə təhlükəsizliyində heç bir problem olmayacaq.

Gələcəkdə isə bu kartların ekranlarının balans haqqında məlumatı, mümkün bonuslar və son əməliyyatlar haqqında məlumatları göstərməsi planlanır. İlk Display Card növbəti ilin yanvar ayında işıq üzü görəcək. Amma , Google Wallet və bu kimi tətbiqetmələr ciddi alternativ ola bilərlər. NFC (Near Field Communication) texnologiyası daima inkişafdadır və bir çox mütəxəssis hesab edir ki, onun gələcəyi var.