Maşın və Təyyarələr üçün yanacaq istehsal edən yarpaq

Elm adamları elə bir süni yarpaq kəşf edibilər ki,  bu yarpaqdan əldə edilən maddə maşın və təyyarələrdə yanacaq əvəzinə istifadə edilə biləcək.

Fotosintez prosesindən sonra karbohidrat əvəzinə maşın və təyyarələrdə istifadə edilə biləcək yanacaq hazırlayan suni yarpaqlar istehsal edildi. Istehsal edilən bu yarpaqlar yaxın zamanlarda alternativ yanacaq vasitəsi kimi istifadə edilə biləcək.

Daily Telegraph-ın verdiyi xəbərə görə Glasgow Universitetinin elmi işçiləri tərəfindən istehsal edilən və “ Turbo Gücündə “ deyə təsvir edilən bu məhsullar yarpaqdan heçdə fərqlənməyərək fotosintezlə qidalanacaq. Həmçinin bu yanacaqdan istifadə edilərsə ətraf mühitə daha az zərərli qaz buraxılacaq. Tədqiqatçılar bu qeyri adi kəşfi 2 il ərzində daha da təkmilləşdirərək sonrakı 5 il ərzində kütləvi istehsalına başlayacaqlarını deyirlər.